Вход на сайт

Просмотр новости

Найдите то, что Вас интересует

ABŞ-nin Yunanıstandakı səfiri yerli oliqarxların onun uçuş xərclərini ödəməsi ilə öyünüb

Дата публикации: 10-10-2026 23:31:00



Основное содержимое страницы с новостью.

Dünya xəbərləri Xəbər 11 Oktyabr 2026 03:31 (UTC +04:00)

ABŞ-nin Yunanıstandakı səfiri yerli oliqarxların onun uçuş xərclərini ödəməsi ilə öyünüb

Foto: MS NOW

Vüsal Cəfərov

Bakı. Trend:

ABŞ-nin Yunanıstandakı səfiri Kimberli Gilfoyl yerli oliqarxların onun şəxsi təyyarələrlə uçuş xərclərini ödəməsi ilə öyünüb.

Bu barədə The Wall Street Journal (WSJ) qəzeti ABŞ diplomatının söhbətlərinin audioyazılarına istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Gilfoyl yanvar ayında Yunanıstanın tikinti şirkəti "Aktor Group"un baş icraçı direktoru Aleksandros Eksarxu ilə birlikdə şəxsi təyyarə ilə Davosda keçirilən Dünya İqtisadi Forumuna uçub. Qəzetin tanış olduğu audioyazıda ABŞ səfiri yunanıstanlı iş adamını “öz adamı” adlandırıb. WSJ-nin məlumatına görə, diplomat bəzi ölkələrin hökumətlərini Eksarxu ilə əməkdaşlıq etməyə çağırıb.

Gilfoylun səfərlərini təşkil etməsinə kömək edən yeganə iş adamı Eksarxu olmayıb. Audioyazıda səfir yunanıstanlı gəmiçilik maqnatı Nikolas Tsakosla birlikdə Parisə uçmağı planlaşdırdığını bildirib. Səfərin məqsədi iş adamının həyat yoldaşının moda nümayişində iştirak etmək olub. Nəşrin yazdığına görə, sahibkar Gilfoylun "Four Seasons Hotel George V" hotelindəki qalma xərclərini də ödəyib.

Mənbələrin bildirdiyinə görə, ABŞ administrasiyasında Gilfoylun mümkün vəzifədən azad edilməsi məsələsi müzakirə olunur. Gözlənilir ki, ABŞ Prezidenti Donald Tramp bu məsələ ilə bağlı yaxın vaxtlarda qərar verəcək.

Bundan əvvəl iri siyasi donor Erik Deters Gilfoylu onu Tramp administrasiyasının rəsmiləri ilə görüşmək imkanı müqabilində kredit kartı üzrə 100 min dollar məbləğində borcunu ödəməyə razı salmağa çalışmaqda ittiham edib. NBC News telekanalı sonradan ABŞ Dövlət Departamentinin baş müfəttişinin aparatının Yunanıstandakı ABŞ səfiri ilə bağlı araşdırma apardığını bildirib.

Gilfoyl karyera diplomatı deyil, siyasi təyinatlı şəxsdir. O, əvvəllər Fox News telekanalında çalışıb. Gilfoyl hazırda Kaliforniya ştatının qubernatoru olan Qevin Nyusomun San-Fransisko meri olduğu dövrdə onun həyat yoldaşı olub. O, həmçinin ABŞ prezidentinin oğlu kiçik Donald Trampla nişanlı olub, lakin onların toyu baş tutmayıb.

Məqalədə:

Схожие новости

#Наименование новостиТональностьИнформативностьДата публикации
1Дипломат похвастался в связях с олигархами08.6710-10-2026
2WSJ: посол США в Греции хвасталась, что местные олигархи оплачивают ее перелеты09.2210-10-2026
3Полвека торгов: Греция отдала Болгарии останки царя Самуила07.2303-10-2026
4Greece hands Bulgaria Tsar Samuel’s remains in exchange for 48 relics014.9303-10-2026
5Γεραπετρίτης: Άμεση κατάπαυση των εχθροπραξιών – Ενισχυμένος ο ρόλος της Ελλάδας στον ΟΗΕ016.322-09-2026
6Yunanistan, Parthenon heykellerinin iadesini istedi011.1825-09-2026
7Yunanistan'dan sınır hattında İHA hamlesi!013.2525-09-2026
8Yunanistan’da Deniz Tatili Neden Bu Kadar Güzel?013.1328-08-2026
9Iraq Discusses Exemption of National Airports From US Sanctions Against Iran - Gov't06.0526-09-2026

Классификация: Международные. Схожих патентов: 0. Схожих новостей: 9. Тональность: 0. Информативность: 10. Источник: az.trend.az.