Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşəbbüsü ilə Ukraynadan daha 30 uşaq sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilmək üçün Azərbaycana gətirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşəbbüsü ilə Ukraynadan daha 30 uşaq sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilmək üçün Azərbaycana gətirilib.
"Report" xəbər verir ki, uşaqların Agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində 10 gün davam edəcək proqram çərçivəsində tibbi, eləcə də sosial-psixoloji dəstəklə təmin olunması nəzərdə tutulur.
Reabilitasiya proqramı uşaqların psixoloji vəziyyətinin yaxşılaşdırılması, sosiallaşması və asudə vaxtlarının səmərəli təşkili məqsədi daşıyır.
Belə ki, proqram müddətində fərdi psixoloji konsultasiyalar, qrup terapiyaları, yoqa və rəqs terapiyası məşğələləri təşkil olunacaq. Bununla yanaşı, uşaqlar müalicəvi masaj, müalicəvi hovuz və vannadan istifadə, art-terapiya və digər reabilitasiya xidmətlərindən faydalanacaqlar.
Onların Qəbələ ilə yanaşı, Şəki və Şamaxıdakı tarixi və görməli yerlərə ekskursiyalarının təşkili də nəzərdə tutulub.
Qeyd edək ki, Agentlik tərəfindən ötən dövrdə Ukraynadan 500-dən çox uşaq və gənc Azərbaycana gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin olunub.
| # | Наименование новости | Тональность | Информативность | Дата публикации |
|---|---|---|---|---|
| 1 | Yuri Qusev: 700-dən çox ukraynalı uşaq Azərbaycanda reabilitasiya keçib | 0 | 5.62 | 12-10-2026 |
| 2 | Pərviz Səfərov: Ukraynalı uşaqlar Qəbələ Uşaq Reabilitasiya Mərkəzində qalacaq | 0 | 8.28 | 12-10-2026 |
| 3 | Azərbaycanla Kanada arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub | 0 | 6.4 | 12-10-2026 |
| 4 | ВАО: Украина пас аз ҳалли низоъ барои Ғарб дигар лозим намешавад | 0 | 3.83 | 23-09-2026 |
| 5 | IREX and Ukraine's Ministry of Veterans Affairs host U.S. congressional delegation to showcase veteran reintegration progress | 0 | 12.6 | 29-06-2026 |
| 6 | Сенарияи хуруҷи Украина аз низоъ пешгӯӣ карда шуд | 0 | 7.66 | 29-09-2026 |
| 7 | На Украине ужесточат условия отсрочки для родственников людей с инвалидностью | 0 | 9.3 | 11-10-2026 |
| 8 | Flere hundre ukrainere fra «trygge områder» får avslag i Norge | 0 | 7.5 | 26-09-2026 |
| 9 | Украинаға соғысқа жіберілген қазақстандықтар: Ресейдегі Қазақстан елшілігіне жеткізілген жоқ | 0 | 9.21 | 08-10-2026 |