29 ölkənin xarici işlər nazirləri İranı öz ərazilərində və tərəfdaş dövlətlərdə təxribatlarda, kiberhücumlarda və digər hibrid əməliyyatlarda ittiham ediblər.
29 ölkənin xarici işlər nazirləri İranı öz ərazilərində və tərəfdaş dövlətlərdə təxribatlarda, kiberhücumlarda və digər hibrid əməliyyatlarda ittiham ediblər.
"Report" Böyük Britaniya hökumətinə istinadən xəbər verir ki, qurum rəhbərləri birgə bəyanat yayıblar.
Bəyanatı Avstraliya, Avstriya, Belçika, Bolqarıstan, Kanada, Xorvatiya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İrlandiya, Latviya, Litva, Lüksemburq, Niderland, Yeni Zelandiya, Norveç, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, İspaniya, İsveç, Böyük Britaniya və ABŞ imzalayıb.
Nazirlər İranın sentyabrın 27-də Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinin Feyrford aviabazasında baş vermiş hadisəyə aidiyyəti ilə bağlı Böyük Britaniyanın gəldiyi nəticələri qəbul etdiklərini bəyan ediblər.
"İranın və ya hər hansı digər dövlətin maraqları naminə düşmənçilik fəaliyyəti həyata keçirən şəxslər müəyyən ediləcək və məsuliyyətə cəlb olunacaq. İran bizim suverenliyimizi qorumaq, beynəlxalq koordinasiyanı və milli dayanıqlığı gücləndirmək, vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək və təqsirkarları məsuliyyətə cəlb etmək baxımından birliyimizə və qətiyyətimizə şübhə etməməlidir", - nazirlər vurğulayıblar.
Sentyabrın sonunda Ferford aviabazası yaxınlığında ehtimal olunan sui-qəsdlə əlaqədar terror cinayətləri törətməkdə şübhəli bilinən beş nəfər saxlanılıb.
| # | Наименование новости | Тональность | Информативность | Дата публикации |
|---|---|---|---|---|
| 1 | Böyük Britaniya İrana qarşı sanksiyalar elan edib | 0 | 8.34 | 12-10-2026 |
| 2 | В Иране призвали страны Ближнего Востока не содействовать атакам США | 0 | 8.05 | 27-09-2026 |
| 3 | МИД Британии вызвал посла Ирана из-за якобы попыток подрыва безопасности | 0 | 9.76 | 12-10-2026 |
| 4 | В МИД Ирана вызвали "на ковёр" британского дипломата | 0 | 10.4 | 01-10-2026 |
| 5 | İbrahim Əzizi: ABŞ və bəzi region ölkələri İrandakı üsyançı qruplaşmaları dəstəkləyir | 0 | 7.35 | 12-10-2026 |
| 6 | Британия допускает причастность Ирана к попытке теракта на авиабазе | 0 | 7.23 | 03-10-2026 |
| 7 | МИД Ирана вызвал посла Британии из-за обвинений в диверсии на авиабазе | 0 | 8.96 | 01-10-2026 |
| 8 | Iran svarar efter amerikanska attacker | 0 | 5.62 | 01-09-2026 |
| 9 | В Иране призвали не полагаться на защиту США | 0 | 9.12 | 27-09-2026 |
| 10 | В Иране призвали страны Ближнего Востока не полагаться на защиту США | 0 | 5.55 | 26-09-2026 |